VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya artilleriyası şimalda İzyum və şərqdə Lisiçansk yaxınlığından Donetsk vilayətinin Slavyanski rayonuna zərbələr endirməkdə davam edir.

BAKU.WS APA-ya xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi “Twitter“ səhifəsində məlumat yayıb.

Nazirlik rus qoşunlarının Popasna bölgəsində bir sıra digər kiçik ərazini ələ keçirə bildiklərini də irəli sürüb.

"İzyumdan atılan atəşlər əsas E40 yolunun oxu boyunca davam edir. Donetski Xarkovla birləşdirən E40 magistralına nəzarət, çox güman ki, Rusiyanın Donetsk bölgəsi üzərindən irəliləmək cəhdlərində mühüm hədəf olacaq", - hesabatda deyilir.

Xatırladaq ki, Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya qüvvələri Donetsk vilayətində yeni hücum əməliyyatları keçirməyə hazırlaşır. Rusiyanın bilavasitə taktiki hədəfi Seversk olacaq.

BAKU.WS