SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində koronavirusun yeni dalğası səbəbindən Anhui əyalətində 1,7 milyon insan karantinə alınıb.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda xarici mətbuat orqanları məlumat yayıb.

Bildirilib ki, sözügedən əyalətdə son sutkada koronavirusa 287 yeni yoluxma halı qeydə alınıb.

Ümumilikdə isə əyalətdə koronavirusa yoluxma halları 1000-dən bir qədər çoxdur.

BAKU.WS