SİZİN REKLAM BURADA!
055 213 76 73


PKK terror təşkilatının tərəfdarları İngiltərədə azərbaycanlıya hücum ediblər.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, BBC-nin İngiltərədəki mərkəzi ofisi qarşısında toplaşaraq yürüşə başlayan və Türkiyə əleyhinə aksiya keçirən PKK terror təşkilatının tərəfdarları əslən Azərbaycandan olan bir nəfərə hücum edərək ona xəsarət yetiriblər.

Polis hadisəyə müdaxilə edib. Bundan sonra terror təşkilatının tərəfdarları yürüşlərini Baş nazirin iqamətgahına doğru davam etdiriblər.

"Bütün kişilər və qadınlar mənə hücum etdi. Məni polis qorudu, marketin içərisinə apardılar", - hücuma məruz qalan azərbaycanlı deyib.

Təhlükəsizliyindən narahat olduğunu deyən soydaşımız "Ola bilsin, ətrafımda məni izləyirlər, güdürlər", - əlavə edib.

BAKU.WS
QALEREYA