SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənilər Londonda təxribata əl atıblar.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, azərbaycanlıların Ermənistanın Londondakı səfirliyi qarşısında keçirdiyi dinc aksiya zamanı ermənilər insident törədiblər.

Dinc aksiyaçılara hücum edən ermənilər bir nəfərə xəsarət yetiriblər.

Polisin müdaxiləsindən sonra tərəflər ayrılıb, aksiya davam edib.

Qeyd edək ki, Londonda yaşayan azərbaycanlılar bu gün Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirərək Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara etirazlarını bildiriblər.

BAKU.WS
VİDEO