SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynaya hərbi yardımın 500 milyon avro həcmində dördüncü tranşını təsdiqləmək niyyətindədir.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının müdafiə nazirlikləri rəhbərlərinin mayın 17-nə planlaşdırılan görüşünün proqramını şərh edən yüksəkvəzifəli avropalı məmur bildirib.

"Biz gələn həftə, təbii ki, milli büdcə prosedurlarını nəzərə alaraq siyasi razılığa emid edirik", - deyə o bildirib.

Onun sözlərinə görə, görüşdə müdafiə nazirləri "yerdəki" vəziyyəti və Aİ-nin müxtəlif fəaliyyət istiqamətlərini müzakirə edəcəklər: hərbi, diplomatik və iqtisadi sahələrdə.

Qeyd edilir ki, görüşdə 27 üzv ölkənin nazirləri ilə yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın müdafiə naziri Aleksiy Reznikov da iştirak edəcək.

BAKU.WS