SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ukraynanın paytaxtı Kiyevə səfər tələbi ölkə Prezidenti Volodimir Zelenski tərəfindən rədd edilmişdi.

“Haber Global”ın məlumatına görə, uzun müddət müzakirələrə səbəb olan məsələ ilə bağlı Almaniya Baş naziri Olaf Şolts açıqlama verib.

Şoltsun sözlərinə görə, bu səbəb onun Ukraynaya səfərinə maneə yaradır.

“Gələcəkdə vacib olan təhlükəsizlik təminatları üçün bu qədər hərbi və iqtisadi yardım göstərən ölkə prezidentinə “gələ bilməz” deyilməməlidir”, - deyə o qeyd edib.

O, həmçinin, Almaniya hökumətinin Ukraynaya yardım göstərərkən tərəddüdlü davranması ilə bağlı iddiaları rədd edib və vurğulayıb ki, Ukrayna ordusuna dəstəyi davam etdirəcəklər.

BAKU.WS