SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Moskva vilayətində “Prosveşenie” nəşriyyatının anbarında güclü yanğın olub.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, hadisə ən böyük anbar kompleksinin yerləşdiyi Boqorodskoye rayonunda qeydə alınıb.

Bildirilir ki, gecə yarısına yaxın çap materiallarının saxlandığı anbarda partlayış baş verib. Demək olar ki, 34 min kvadratmetr ərazi yanıb.

Hazırda yanğın lokallaşdırılıb. Qurbanlar və zərərçəkənlər yoxdur.

BAKU.WS
VİDEO