SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna ordusu Luqansk vilayətində əcnəbi muzdluların məhv edilməsi üzrə uğurlu əməliyyat keçirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Popasna uğrunda gedən döyüşlərdə liviyalı və suriyalılardan ibarət dəstəni məhv edib.

Rusiya ordusunun tərəfində vuruşan əcnəbi muzdluların döyüş qabiliyyəti barədə suala Danilov cavab verib ki, onların Popasna bölgəsində məhv edilməsinə dair təkzibedilməz sübutlar var.

“Onların döyüş bacarıqları haqqında danışmaq mənim üçün çətindir. Fərqli iqlim şəraitimiz var. Və müharibə fərqlidir. Düşünürəm ki, onların burada gördükləri heç də gözlədikləri kimi olmayıb”, - Danilov qeyd edib.

O, həmçinin vurğulayıb ki, məhv edilmiş liviyalı və suriyalı dəstə nisbətən kiçik, yəni 20-25 nəfərdən ibarət olub.

BAKU.WS