SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 19 900-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.

Bundan başqa, hücum edən tərəfin 753 ədəd tankı, 1 968 ədəd zirehli döyüş maşını, 366 ədəd artilleriya sistemi, 122 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 64 hava hücumundan müdafiə sistemi, 160 ədəd hərbi təyyarəsi, 144 ədəd helikopteri, 1 437 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 134 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

BAKU.WS