SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın yeni sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata əsasən, Rusiyanın 19 100-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 705 ədəd tankı, 1 895 ədəd zirehli döyüş maşını, 333 ədəd artilleriya sistemi, 108 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 151 ədəd hərbi təyyarəsi, 136 ədəd helikopteri, 1 363 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 112 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

BAKU.WS