SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

BAKU.WS UNIAN-a istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Bu barədə Ukrayna Prezident Administrasiyasının aparat rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.

"Boris Consonun Kiyevə səfəri prezident Vladimir Zelenski ilə təkbətək görüşlə başlayıb. Böyük Britaniya Ukraynaya müdafiə dəstəyi, antimüharibə koalisiyasında və Rusiyaya qarşı sanksiyalarda liderdir" - deyə Sibiqa vurğulayıb.

O, səfərin əvvəlcədən planlaşdırılmadığı bildirib.

Qeyd edək ki, Böyük Britaniya Rusiyaya qarşı koalisiyada lider dövlətlərdəndir.

BAKU.WS