SİZİN REKLAM BURADA!
055 213 76 73


BMT baş katibi Antoniu Quttereş Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində öldürdükləri mülki şəxslərin görüntülərindən sarsılıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın rəhbəri tviter hesabında yazıb.

“Ukraynanın Buça şəhərində öldürülən mülki şəxslərin görüntüləri məni çox sarsıtdı.

Müstəqil araşdırmanın effektiv hesabatlılığa səbəb olması olduqca vacibdir”, - BMT baş katibi qeyd edib.

Xatırladaq ki, işğaldan azad olunan şəhərdə xeyli sayda mülk şəxsin meyitləri aşkarlanıb. Onlar hərbçilər tərəfindən qətlə yetirilib.

BAKU.WS