SİZİN REKLAM BURADA!
055 213 76 73


“Martın 9-u səhər saat 5:30-da Ukrayna Rusiya Federasiyasından bizim əvvəllər təklif etdiyimiz marşrutlar, xüsusən də Buça, İrpin və Mariupoldan humanitar dəhlizlərlə əlaqədar mesaj alıb”.

BAKU.WS-in UNİAN-a istinadla məlumatına görə, bunu brifinqdə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası naziri İrina Vereşçuk deyib.

Ruslar Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müvafiq məktub göndəriblər.

“Hərbçilər bu gün səhər saat 9:00-dan axşam saat 21:00-dək atəşi dayandırmağa razıdırlar”, - deyə o vurğulayıb.

Vereşçuk xatırladıb ki, Rusiya tərəfi dəhlizlərlə  bağlı öhdəliklərini dəfələrlə pozub.

Nazirin sözlərinə görə, Vorzel, Borodianka, İrpin və Buçadan Kiyevə, Mariupoldan Zaporojyeyə, Volnovaxadan Pokrovskaya, İzyumdan Lozovaya və Enerqodardan Zaporojyeyə humanitar dəhliz açılır.

Təxliyyə Buça Şəhər Şurası tərəfindən təsdiqlənib. Buça və Vorzel sakinlərinə məlumat verilib ki, martın 9-da saat 10:40-11:00-da qadınlar və uşaqlar avtobusla paytaxtın dəmir yolu stansiyasına yola düşəcəklər.

BAKU.WS