SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya tərəfi martın 5-də yerli vaxtla saat 10:00-dan etibarən Ukraynanın iki şəhərində sükut elan edib.

BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

“Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin çıxması üçün bu gün, martın 5-də saat 10-dan sükut rejimi elan olunur və humanitar dəhliz açılır”, - deyə nazirlik qeyd edib.

Məlumata görə, humanitar dəhliz və marşrut Ukrayna tərəfi ilə razılaşdırılıb.

BAKU.WS