SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusu Ukraynanın Odessa şəhərində neft emalı zavodunu və yanacaq anbarlarını raketlərlə vurub.

BAKU.WS xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Kudryaşovka və Şurovka kəndləri yaxınlığında havada iki Ukrayna PUA-sını yerə salıb. 

Rusiya ordusu bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 125 təyyarə və 88 helikopter, 383 pilotsuz uçuş aparatı, 221 zenit-raket kompleksi, 1903 tank və digər döyüş zirehli texnikası, 207 reaktiv yaylım atəşi sistemi, 805 səhra artilleriya silahı və minaatanlarını, o cümlədən 1781 hərbi avtomobilini məhv edib.

BAKU.WS
VİDEO