SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələri Ukraynada sutka ərzində daha 128 obyekti, o cümlədən yeddi silah anbarını vurub.

BAKU.WS xəbər verir ki, bunu gündəlik brifinqdə Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

Rusiya ordusunun vurduğu hədəflər arasında bir "Buk-M1" zenit-raket kompleksi, bir "Osa" hava hücumundan müdafiə sistemi, dörd aşkarlama və hədəf təyinatlı radar stansiyası, dörd komanda məntəqəsi, yeddi silah və sursat anbarı, 68 hərbi texnikanın toplanması sahəsi var.

Bundan əlavə Çerniqov vilayətində iki Ukrayna "Su-25" təyyarəsi, Novaya Bıkovka rayonunda bir "MiQ-29", həmçinin dörd pilotsuz uçuş aparatı da vurulub.

Ümumilikdə, hərbi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 111 təyyarə, 68 helikopter, 160 pilotsuz uçan aparat, 159 zenit-raket kompleksi, 1353 tank və digər döyüş zirehli texnikası, 129 reaktiv yaylım atəşi sistemi, 493 səhra artilleriya qurğusu və minaatan məhv edilib.

BAKU.WS