SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Qərb ölkələrinə təbii qaz ticarətində ödənişləri rubl ilə etmə qərarı ilə bağlı məsələni şərh edib.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Peskov "Qazprom" və digər qurumların ödəniş sistemlərini yenilədiyini və ardınca dəqiq tarix və təqvimin müəyyən ediləcəyini bildirib. Peskov Avropa ölkələrinin Rusiya qazı üçün rub ilə ödənişi qəbul etməyəcəyi təqdirdə baş verəcəkləri belə şərh edib:

"Qazı pulsuz verməyəcəyik, bu dəqiqdir. Mövcud durumda xeyirxahlıq etmək mümkün və məntiqli deyil", - deyə Peskov əlavə edib.

BAKU.WS