SİZİN REKLAM BURADA!
055 213 76 73


Yutub hostinqi Rusiya aparıcısı Vladimir Solovyovun kanalını bloklayıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, onun kanalının bir milyondan çox abunəçisi var idi.

“Vladimir Solovyovla axşam” kanalından sonra videohostinq “Solovyev LIVE” kanalını da bloklayıb.

“Bu kanal Yutubun istifadə şərtlərini pozduğu üçün bloklanıb”, - xidmət səhifəyə daxil olmaq istəyəndə qeyd edir.

Təbliğatçının özü kanalında bloklanmağı “müharibə elanı” adlandırıb.

Qeyd edək ki, Vladimir Solovyov son günlər Ukrayna əleyhinə təbliğat aparırdı.

Kanada hakimiyyəti ona sanksiya tətbiq edib, Avropa İttifaqı V.Slovyovun adını “qara siyahı”ya salıb. Solovyov ikinci Qarabağ müharibəsi Ermənistanın fəal təbliğatçısı olub.

BAKU.WS