SİZİN REKLAM BURADA!
055 213 76 73


NATO üzvlərinin Ukraynaya döyüş təyyarələri göndərmək hüququ var.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken “CBS News”a müsahibəsində deyib.

NATO üzvü olan Polşa hökumətinin Ukraynaya döyüş təyyarələri göndərə biləcəyi sualına Blinken “Onlar üçün yaşıl işıq yandırılıb” deyə cavab verib.

“Əslində biz indi polşalı dostlarımızla bu döyüş təyyarələrinin ukraynalılara veriləcəyi təqdirdə, onların ehtiyaclarını ödəmək üçün nə edə biləcəyimizi müzakirə edirik”, - deyə Blinken bildirib.

Qeyd edək ki, bir müddət öncə yayılan xəbərlər görə, Polşa hökuməti Ukraynaya öz qırıcılarını vermək müqabilində ABŞ-dan F-16 təyyarələrini istəyib.

BAKU.WS