SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko telefonla Ukraynadakı vəziyyəti müzakirə ediblər.

BAKU.WS-in “RİA Novosti”yə istinadla məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumatı yayıb.

Bildirilib ki, Aleksandr Lukaşenko Rusiyanın Ukraynadakı fəaliyyətini dəstəklədiklərini bildirib.

Prezidentlər Rusiya və Ukraynanın rəsmi nümayəndələri arasında görüşün ikinci raunduna da toxunublar. Putinlə Lukaşenko təmasları davam etdirmək barədə razılığa gəliblər. Lukaşenko qeyd edib ki, Qərb Rusiya və Belarusu “boğmaq istəyir”, ona görə də Ukraynadakı münaqişə uzunmüddətli xarakter almalıdır.

BAKU.WS