SİZİN REKLAM BURADA!
055 213 76 73


"Biz Ukraynanın paytaxtı Kiyevdə yaşayırıq. Səhəri partlayış səsləri ilə açdıq. Deyilənlərə görə, Borispol Beynəlxalq hava limanı tərəfdə də partlayış səsləri eşidilib. Ukraynanın başqa şəhərində də partlayışlar olub".

BAKU.WS xəbər verir ki, bu sözləri Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Hamlet Paşayev deyib.

Ukraynadakı mövcud vəziyyətlə bağlı "İctimai" kanala müsahibə verən soydaşımız hazırda ölkədə insanların qorxudan vahiməyə düşdüyünü bildirib: 

"Hərbi obyektlər vurulur, insanlar qorxu və vahimə içərisindədir. Vətəndaşların çoxu Qərbi Ukraynaya axın edir. Bu dəqiqələrdə əldə etdiyimiz məlumata görə, ölkənin qərbində yerləşən İvano-Frankovsk hava limanı da partladılıb". 

BAKU.WS
VİDEO