SİZİN REKLAM BURADA!
055 213 76 73


“Hərbi vəziyyətin elan olunmasına gəlincə... Ukrayna müharibənin olmayacağına inanır, lakin hadisələrin istənilən şəkildə inkişafına hazırdır”.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Estoniya Prezidenti ilə birgə mətbuat konfransında deyib.

44 yaşlı siyasətçi həmçinin bildirib ki, Ukrayna öz qoşunlarını hazırda yaraqlıların nəzarətində olan Luqansk və Donetsk vilayətlərindən çıxarmayacaq.

“Biz onlarla heç bir əlaqə saxlamırıq”, - deyə Volodimir Zelenski fikrini tamamlayıb.

BAKU.WS