SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya müharibə istəmir və buna görə də təhlükəsizliklə bağlı ideyalar irəli sürür.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolts ilə danışıqlardan sonrakı mətbuat konfransında bəyan edib.

Kremldən verilən məlumata görə, liderlərin görüşü üç saatdan artıq davam edib.

Danışıqların başlıca mövzusu Ukrayna ətrafındakı gərginlik, qlobal təhlükəsizlik məsələləri və ikitərəfli münasibətlər olub.

Qeyd edək ki, bu, Almaniyanın yeni kanslerinin Rusiyaya ilk səfəridir.

BAKU.WS