SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla dialoq üzrə növbəti görüşün niyə Vyanada keçirilməsinə münasibət bildirib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Çavuşoğlu deyib ki, görüşün Vyanada keçirilməsini Ermənistan təklif edib.

“Görüşün Vyanada keçirilməsini Ermənistan istədi. İkinci görüşün Vyanada, ya da Cenevrədə keçirilməsinə dair təkliflə çıxış etdilər. 2009-cu ildə Cenevrədə uğursuz bir proses vardı, eyni vəziyyətin davamı olmasın deyə Vyana təklifi qəbul olundu”,-deyə Türkiyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında ikinci görüş fevralın 24-də Vyanada keçiriləcək.

Xatırladaq ki, tərəflər arasında ilk görüş yanvarın 14-də Moskvada baş tutub.

BAKU.WS