SİZİN REKLAM BURADA!
055 213 76 73


Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox bəyan edib ki, Polşa Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün mərmilər ötürəcək.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Solox söhbətin on minlərlə hava hücumundan müdafiə silahlarından getdiyini qeyd edib.

“Mən indi bu silahların konkret spesifikasiyası haqqında danışmaq istəməzdim”, - polşa telekanalına müsahibə verən P.Solox bildirib.

İki gün əvvəl isə Polşanın Baş naziri Mariuş Moravietski öz açıqlamasında söyləmişdi ki, Polşa tərəfi Ukrayna ordusunu dronlarla təmin edəcək.

BAKU.WS