SİZİN REKLAM BURADA!
055 213 76 73


Batumidə yeddimərtəbəli yaşayış binasının çökməsi ilə əlaqədar polis üç nəfəri saxlayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu haqda Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərdən biri birinci mərtəbədə yerləşən mənzilin sahibi, digər ikisi isə onun mənzilində təmir-bərpa işləri aparan şəxslərdir.

Məlumatda o qeyd olunub ki, mənzildə təmir-bərpa işləri zamanı təhlükəsizlik qaydalarının ciddi surətdə pozulması binanın çökməsi ilə nəticələnib.

BAKU.WS