SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İzmir şəhərində yaşayan gənc qız xoşagəlməz halla qarşılaşıb.

BAKU.WS “haberler.com”a istinadən xəbər verir ki, avtobusa minən yeniyetməyə naməlum şəxs sataşaraq saçlarını oynatmağa başlayıb.

Bunu anbaan kameralara çəkən gənc qız “Mənə niyə kimsə sataşmalıdır? Sürücüyə dedim, sadəcə avtobusdan endirdi”, - deyə etiraz edib.

Daha sonra qız "Mənə niyə küçəyə çıxarkən, gəzərkən, avtobusda olarkən, dayanacaqda dayanarkən, taksiyə, metroya minərkən kimsə sataşmalıdır? Hər kəs kimi mənim də gəzmək, cəmiyyət içində olmaq haqqımdır. Gördüyünüz kimi, tanımadığım şəxs mənə sataşır. Bunu sürücüyə xəbər edəndə isə etdiyi tək şey həmin adamı avtobusdan kənarlaşdırmaq olur” sözlərini yazaraq həmin görüntüləri sosial şəbəkə hesabında yayımlayıb.

Onun bu paylaşımı izləyici kütləsi böyük olan internet platformalarında yayılaraq müzakirələrə səbəb olub. Video milyonlarla sosial media istifadəçisinin qəzəbinə tuş gəlib. Onlar bu paylaşıma “Bəsdir, daha!” sözlərini yazaraq baş verənlərə sərt mövqe nümayiş etdiriblər.

BAKU.WS
VİDEO