SİZİN REKLAM BURADA!
055 213 76 73


Keçmiş amerikalı model Loni Vilson küçədə zibil yığarkən kameralara tuş gəlib.

BAKU.WS “Haberler”ə istinadən xəbər verir ki, “The Sun” qəzetinin əməkdaşları keçmiş modeli yenə də küçədə yaxalayıblar.

Loni Vilson bu həyatından bezdiyini, lakin vəziyyəti dəyişmək üçün əlindən heç nə gəlmədiyini bildirib.

“Burada məni görmək istəmirlər. Mən də heç kimi görmək istəmirəm”, - deyə Loni Vilson bildirib.

Qeyd edək ki, Loni Vilson 2016-cı ildən küçədə “bomj”luq edir. O, bir vaxtlar jurnalların üz qabığını bəzəyirdi. Loni Vilson model kimi bir çox layihələrdə iştirak edib. O, "Baywatch” serialı ilə tanınan aktyor Seremi Ceksonun həyat yoldaşı olub.

BAKU.WS
QALEREYA