SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyalı turistlər yerli kurortlara olan səfərlərini Türkiyənin xeyrinə dəyişdirməyə başlayıblar.

BAKU.WS "Oxu.az"a istinadla xəbər verir ki, Rusiya Tur Operatorlar Birliyinin icraçı direktoru Maya Lomidze vətəndaşların Rusiya kurortlarını Türkiyəyə dəyişdiyini, bunun üçün istəklər olduğunu deyib, ancaq say açıqlamayıb.

“İnturist” tur operatoru tək-tək hallarda olsa da məzuniyyətlərini Türkiyəyə dəyişdirənlərin olduğunu bildirib.

“Bu, kütləvi hal almayıb, çünki çox az vaxt keçib. Ancaq turistlər bununla maraqlanırlar, bununla belə ləğvlər nadir hallarda olur”.

Başqa bir tur operator isə bron dəyişdirməyin çox xərc tələb etdiyi üçün istəklərin hələ ki, kütləvi hal almadığını bildirib.

Xatırladaq ki, Rusiya Tur Operatorları Birliyinin (ATOR) vitse-prezidenti Dmitri Qorin Türkiyə ilə sərhədlərin açılmasına görə Rusiyanın tur operatorlarının ölkənin kurort şəhərlərində tətil qiymətlərini endirə biləcəyini demişdi.

BAKU.WS