SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ və Rusiya prezidentlərinin İsveçrənin Cenevrə şəhərində baş tutacaq görüşündə Qarabağ məsələsi də müzakirə ediləcək.

BAKU.WS xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, prezidentlər Moskva və Vaşinqtonu maraqlandıran bütün mövzulara, o cümlədən həll olunmamış ikitərəfli məsələlərə, strateji sabitlik və regional münaqişələrə toxunacaq:

"Görüşün gündəliyində Yaxın Şərq, Suriya, Liviya, İranın nüvə proqramı, Əfqanıstan tənzimləməsi, Qarabağ və Ukrayna məsələləri yer alır", - deyə Yuri Uşakov bildirib.

O həmçinin vurğulayıb ki, Co Bayden və Vladimir Putin strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

BAKU.WS