SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabındakı açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "Instagram" hesabında izləyicilərin suallarını cavablandıran aktrisa bir müddət əvvəl dələduzların qurbanı olduğunu bildirib.

Sosial şəbəkə istifadəçilərindən biri Pərvindən səhifəsində yarış keçirməməsinin səbəbini soruşub.

Cavabında isə aktrisa saxtakarlıqla üzləşdiyini etiraf edib:

“Yaralı yerimdən biridir. Bu maşın yarışından sonra gözüm elə qorxub ki... İstəmirəm, insanların mənə olan inamı itsin. Hələ də bilmirəm, bu maşını udan götürüb, ya yox. Nə udan xanımdan xəbər var, nə də yarışı keçirən qazi təşkilatçımızdan. Nə deyim, heç kimin babalını yumaq istəmirəm".

BAKU.WS