VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Myanmanın yeddi şəhərində hərbi çevrilişə qarşı etiraz edən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə azı 17 etirazçı ölüb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Yanqon və Tavo şəhərində dörd nümayişçi, Pequ şəhərində üç, Mandalae və Pakxouku şəhərlərinin hər birində iki nümayişçi öldürülüb.

Xatırladaq ki, hakimiyyəti ələ keçirən Myanma hərbçiləri fevralın 1-dən fövqəladə vəziyyət rejimi elan edib.

Myanma Prezidenti Vin Min və Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji saxlanılıb.

BAKU.WS
VİDEO