SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin pop ulduzu Sərdar Ortaç sevgilisi Seçil Gür ilə alış-veriş edərkən kameralara yaxalanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalist ifaçıya “Azərbaycanda hazırda döyüşlər gedir. Lazım gələrsə, ora əsgərliyə gedərsənmi?” sualını ünvanlayıb. S.Ortaç suala belə cavab verib:

“Əsgərin varsa, əsgərlə savaşmalısan, mülki insanların üzərinə raket atmazsan. Erməni xalqına bir sözüm yoxdur, amma onların başındakı adam ruhi xəstədir. Azərbaycan üçün lazım gəlsə, təbii ki, əsgər gedərəm. Amma mənə gələnə qədər Azərbaycan öz əsgərləri ilə Vətənini qoruyur”.

BAKU.WS