SİZİN REKLAM BURADA!
055 213 76 73


Artroz oynaqların qığırdaq səthlərinin müxtəlif səbəblərdən zədələnməsi, oynaq boşluğunda mayenin azalması, bitişik sümüklərdə və bağlarda patoloji dəyişikliklərin böyüməsi nəticəsində yaranan xroniki xəstəlikdir. Zaman keçdikcə onun əlamətləri güclənir, sonrakı mərhələlərdə ciddi pozulmalar baş verir.

Bu barədə verteboloq Röya Musayeva bildirib.

O deyib: “Artroz mübadilə proseslərinin pozulması nəticəsində əmələ gələn oynaq zədələnməsidir. Bu zaman oynağın qığırdağı zədələnir.

Həmin xəstəliyə hər yaşda təsadüf oluna bilər, lakin daha çox 40-50 yaşlarında olan qadınlarda müşahidə edilir. Artrozun əlamətlərindən biri oynaqlarda olan ağrılardır.

Oynaqlarda olan qığırdaq toxuması kobudlaşır, nəticədə səthlər bir-birini loru dildə ifadə etsək, “yeyərək” nazikləşməyə başlayır. Həmin proses yeriyərkən, pilləkən çıxarkən daha çox özünü göstərir.

Artroz zamanı osteopatiyadan və reabilitasiya üsullarından istifadə edərək müalicə aparılır. Hava dəyişkənliyi zamanı xəstələr ağrıların çoxalmağından şikayətlənir, ona görə də hər ilin yaz və payız aylarında müalicə almaq məsləhət görülür”.

BAKU.WS