Vitamin B2 ilə bağlı ŞOK ARAŞDIRMA
Almaniyanın Vürsburq Universitetinin alimləri müəyyən ediblər ki, vitamin B2 (riboflavin) xərçəng hüceyrələrinin ferroptozdan qorunmasında mühüm rol oynayır. Tədqiqatın nəticələri nüfuzlu "Nature Cell Biology" jurnalında dərc olunub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ferroptoz hüceyrələrin proqramlaşdırılmış ölüm formalarından biridir və dəmirin çoxluğu ilə lipidlərin oksidləşməsi nəticəsində hüceyrə membranlarının zədələnməsi zamanı yaranır. Alimlər bu mexanizmi xərçəng hüceyrələrinin zəif nöqtələrindən biri hesab edir və müasir onkologiyada onu müalicə üsulu kimi araşdırırlar.
Araşdırma göstərib ki, xərçəng hüceyrələri ferroptozdan yayınmaq üçün vitamin B2-dən istifadə edir. Bu prosesdə əsas rol FSP1 adlı zülala məxsusdur. Həmin zülal hüceyrə ölümünün qarşısını alır və normal fəaliyyəti üçün riboflavinə ehtiyac duyur. Bundan əlavə, RFK geni də vitamin B2-nin aktiv formaya çevrilməsində iştirak edərək müdafiə mexanizmini gücləndirir.
Minlərlə geni əhatə edən genetik analiz zamanı alimlər müəyyən ediblər ki, FSP1-in fəaliyyəti birbaşa RFK geni və orqanizmdə vitamin B2-nin mövcudluğu ilə bağlıdır. Başqa sözlə, riboflavin şiş hüceyrələrinin müdafiə sistemini dəstəkləyərək onların məhv olmasının qarşısını ala bilər.
Tədqiqat çərçivəsində alimlər riboflavinin struktur analoqu olan rozoflavin maddəsini də sınaqdan keçiriblər. Laboratoriya şəraitində bu birləşmə müdafiə mexanizmini pozaraq xərçəng hüceyrələrini ferroptoza qarşı daha həssas edib. Rozoflavin riboflavinin bioloji yollarını "ələ keçirsə" də, qoruyucu funksiyanı yerinə yetirə bilmir.
Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr vitamin B2-nin insan orqanizmi üçün zərərli olması anlamına gəlmir. Riboflavin maddələr mübadiləsi, enerji istehsalı və dəri sağlamlığı üçün vacib vitamindir və onu qidadan tamamilə çıxarmaq mümkün deyil. Lakin onun şiş hüceyrələrinin müdafiəsində iştirakı gələcək xərçəng terapiyaları üçün yeni hədəf hesab olun
Oxşar xəbərlər
Həkim təzyiqin normal göstəricisini AÇIQLAYIB
Arterial təzyiq üçün qəbul edilən standart göstərici 120/80 mm civə sütunu hesab olunur. BAKU.WS xəbər verir ki, bu barədə professor Svetlana Kanevskaya məlu...