Tramp dünyanın ən təhlükəli şəhərlərindən birini açıqladı
"Küçə cinayətlərinin artması səbəbindən Vaşinqton dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilib".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
Ölkə lideri ABŞ paytaxtının hazırda təhlükəli olduğunu etiraf edib, lakin yaxın vaxtlarda bunu düzəldəcəyini vəd edib.
"Bazar ertəsi Ağ Ev Vaşinqtonda zorakı cinayətlərə son qoyacaq mətbuat konfransı keçirəcək", - o qeyd edib.
Trampın bu açıqlamasına səbəb bir müddət əvvəl bir qrup yeniyetmənin 19 yaşlı sahibkar, İlon Maskın keçmiş köməkçisi Edvard Koristinə qarşı vəhşicəsinə hücumu olub. Məhz bundan sonra Tramp Vaşinqtonda cinayətkarlığa qarşı tammiqyaslı mübarizəyə başlayıb.
Oxşar xəbərlər
FIFA bu gün Trampı mükafatlandıracaq
ABŞ Prezidenti Donald Tramp DÇ-2026-nin püşkatma mərasimindən əvvəl FIFA Sülh Mükafatını alacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Donald Trampa tədbir...