Təyyarə qəzasında həlak olan Milli Aviasiya Akademiyasının tələbəsi evin tək UŞAĞI İMİŞ
Bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğraması nəticəsində təyyarədə Sumqayıt sakini 20 yaşlı Mahmud Tutunçiyev də olub.
BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, bu barədə onun dostu Pərvin Aslanlı danışıb.
O bildirib ki, Mahmud Çeçenistana istirahət məqsədilə gedibmiş:
"Səhər 7 radələrində Hava Limanında görüşdük, onu yola saldım. Qrup yoldaşımdır. Milli Aviasiya Akademiyasında təhsil alırdı, evin tək uşağı idi, arzuları çox idi.
Hələ ki xəbər ala bilməmişik. Sosial şəbəkələrdə həlak olduğunu öyrəndim. Ailəsi ilə əlaqə saxlaya bilməmişəm"- o bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Kollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/27-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu plan...