Qısa videolara tez-tez baxmağın gözlənilməz zərəri aşkarlanıb
TikTok, Reels və Shorts formatında qısa videolara tez-tez baxmaq idrak funksiyalarının və psixi vəziyyətin pisləşməsi ilə əlaqələndirilir.
Bu nəticəyə təxminən 100 min nəfərin iştirak etdiyi 71 tədqiqatın məlumatlarını birləşdirən geniş sistemli icmal və meta-analizin müəllifləri gəliblər. Araşdırma Psychological Bulletin jurnalında dərc olunub.
BAKU.WS-in Psychological Bulletin-ə istinadla verdiyi xəbərə görə, analiz qısa videolara cəlb olunma dərəcəsi ilə diqqətin işləməsi arasında mənfi əlaqəni aşkar edib. Ən güclü təsirlər konsentrasiyanın azalması və impulsiv reaksiyaları cilovlama qabiliyyətinin zəifləməsi ilə bağlı olub.
Qısa videoların aktiv izləyiciləri daha çox diqqət dağınıqlığı və özünə nəzarət problemləri yaşayır.
Bundan əlavə, qısa videokontentə yüksək maraq psixi rifahın pisləşməsi ilə əlaqələndirilib - narahatlıq və stressin artması, yuxu keyfiyyətinin və ümumi vəziyyətin zəifləməsi müşahidə olunub. Bu təsirlər həm gənclərdə, həm də böyüklərdə qeydə alınıb.
Tədqiqatçılar bildiriblər ki, həlledici amil sadəcə baxma faktı deyil, kompulsiv (idarəolunmaz) baxış davranışıdır. Ən güclü mənfi təsirlər məhz qısa videolardan asılılıq qiymətləndirilən tədqiqatlarda müşahidə edilib, sadəcə tətbiqlərdə sərf olunan vaxta görə deyil.
Müəlliflər qeyd edirlər ki, tapılan əlaqələr birbaşa səbəb-nəticə münasibətini sübut etmir, lakin qısa videokontentə müntəzəm və nəzarətsiz baxışın idrak və psixi sağlamlıq üçün potensial risklər yaratdığını göstərir.
Oxşar xəbərlər
Telegram istifadəçilərini sevindirəcək YENİLİK - Bundan sonra...
"Telegram" messencerində "Game Boy" və "Game Boy Color" üçün nəzərdə tutulmuş oyunları işə salmağa imkan verən "GBC TG" adlı pulsuz emulator istifadəyə verilib....