Məşhurlaşan balaca xanəndə Raul Rusiyadan Bakıya kimə görə gəldi?
Sosial şəbəkələrdə ifaları ilə tanınan Raul Hüseynov artıq minlərlə izləyicinin sevgisini qazanıb. Onun paylaşdığı videolar milyonlarla baxış toplayır.
Baku TV 12 yaşlı xanəndə Raul Hüseynovun evindən reportaj hazırlayıb.
İfaçı musiqi ilə uşaqlıqdan sıx bağlı olduğunu deyib:
"Muğamla böyümüşəm. Uşaq vaxtı muğamsız yatmırdım. Mən bu musiqinin içində doğulmuşam".
Musiqi ilə yanaşı, Raulun ən böyük maraqlarından biri də futboldur. O, xüsusilə "Qarabağ" futbol klubunun sadiq azarkeşidir:
"Futbolu çox sevirəm. Əsl "Qarabağ" fanatıyam. Klubda oynayan, adını çəkmək istəmədiyim bir futbolçu var, ona bir fenomen olaraq deyirəm ki, yaxşı oyna, özünü sıxma. Elə etmə ki, bir də "Qarabağ"ın oyunlarına baxmayım".
Raul Hüseynov Rusiyada doğulub-böyüsə də, üç il əvvəl ailəsi onun arzusu ilə Bakıya köçüb. Səbəb isə tanınmış sənətkar Aybəniz Haşımovadan dərs almaq istəyi olub:
"Onun dərs üslubunu, ən əsası özünü çox sevirəm. Məhz ona görə Bakıya köçdük".
Oxşar xəbərlər
Səhər acqarına limonlu su içmək faydalıdır? - CAVAB
Son illər sosial şəbəkələrdə səhər acqarına limonlu su içməyin "möcüzəvi təsirləri" barədə çoxsaylı iddialar yayılıb. Bəs bu vərdiş həqiqətən sağlamlıq üçün fay...