Meksika ABŞ-nin qərarı ilə Google-a qarşı məhkəmə iddiası qaldırdı

Meksika hökuməti Google şirkətinə qarşı Meksika körfəzinin adının ABŞ istifadəçiləri üçün "Amerika körfəzi" olaraq dəyişdirilməsi səbəbilə məhkəmə iddiası qaldırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudia Şeynbaum açıqlama verib. O, iddianın artıq təqdim edildiyini, lakin harada və nə vaxt baş verdiyini dəqiqləşdirməyib.
Mübahisə bu ilin fevral ayında Google-un ABŞ Prezidenti Donald Trampın qərarına əsaslanaraq körfəzin adını dəyişməsindən sonra başlayıb. Şeynbaum bildirib ki, həmin qərar yalnız ABŞ-nin hüququ altında olan hissəyə aiddir.
Meksika hökuməti isə bildirir ki, ABŞ körfəz boyunca ad dəyişikliyi etmək hüququna sahib deyil. Bu körfəz Meksika, ABŞ və Kuba ilə sərhəddə yerləşir. Şeynbaum qeyd edib ki, Google yalnız ABŞ-nin kontinental şelfinə aid hissədə ad dəyişikliyi etməlidir.
Hazırda Google xəritələrində körfəz ABŞ-də "Amerika körfəzi", Meksikada "Meksika körfəzi", digər ölkələrdə isə "Meksika körfəzi (Amerika körfəzi)" olaraq göstərilir.
Oxşar xəbərlər
Qəfil başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
Qəfil başgicəllənmə insultun əlaməti ola bilər. BAKU.WS xəbər verir ki, Dr. Hikmət Dolu qəfil başgicəllənmə və tarazlıq itkisini insultun ilkin əlaməti kimi dəy...
