Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 2-də Lənkəran şəhərində WUF13 Festivalı keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün birinci yarısında Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası baş tutub.
Festivalın davamı kimi açıq havada ictimai proqramlar təşkil olunub.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim edilib.
Oxşar xəbərlər
Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur"
Vüsal Babayev Vətənin müdafiəsini müqəddəs borcu hesab edən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə ba...