Ermənistan Baş Qərargah rəisinin keçmiş birinci müavini saxlanılıb
04
yan
2025
19:09
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan saxlanılıb.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
Məlumata görə, T.Xaçatryan 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibənin bəzi epizodları ilə bağlı saxlanılıb.
"General bu gün səhər saatlarında saxlanılıb. Gözlənilir ki, günün sonuna qədər məhkəmə istintaqın həbslə bağlı müraciətinə baxacaq", - xəbərdə vurğulanıb.
Oxşar xəbərlər
Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur"
Vüsal Babayev Vətənin müdafiəsini müqəddəs borcu hesab edən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə ba...