Elmir Məmmədli: Çox xoşbəxtəm ki, toyum Şuşada keçirilir
Şusalı olaraq çox xoşbəxtəm ki, toyum Şuşada keçirilir.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu toy mərasimi keçirilən Elmir Məmmədli Şuşada toyunun keçirilməsi ilə bağlı jurnalistlərə deyib:
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Ali Baş Komandanımızı qorusun. Torpaqlarımız işğaldan azad olundu.
Bu gün Şuşada öz xeyir işlərimizi keçiririk. 28 yaşım var və özüm də Qarabağ qazisiyəm. Döyüş yolum Füzulidən başlayıb.
Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Füzulidə yaralanmışam. Şükür ki, səhhətimdə heç bir problem yoxdur".
Oxşar xəbərlər
Azərbaycanda hər sürücünün tanıdığı adamdan AÇIQLAMA: "Özüm də 40 manat cərimə olunmuşam"
"Bir-iki ay öncə nişanlanma xəttinin tələbini pozduğuma görə 40 manat cərimə olunmuşam". Bu fikirləri professor, sürücülük imtahanına hazırlaşanlar üçün vəsait...