Dünyada multimilyonerlərin sayı 2024-cü ildə 4,4% artıb

Dünyada multimilyonerlərin sayı 2024-cü ildə 4,4% artıb
Digər 95

2024-cü ildə sərvəti 10 milyon dolları ötən insanların sayı 4,4% artaraq 2,341 milyonu keçib.

BAKU.WS xəbər verir ki, Bu barədə Knight Frank şirkətinin illik Wealth Report hesabatında bildirilib.

Məlumata görə, Şimali Amerikada multimilyonerlərin sayı 5,2% artıb. ABŞ hazırda dünya multimilyonerlərinin 40%-nə ev sahibliyi edir, bu isə Çindəki multimilyonerlərin sayından iki dəfə çoxdur.

Eyni zamanda, 100 milyon dollardan çox sərvətə sahib insanların sayı ilk dəfə 100 mini ötüb.

Oxfam təşkilatının hesabatına əsasən, ötən il dünyada milyarderlərin sayı 8% artıb və 204 yeni milyarder meydana çıxıb.

Oxşar xəbərlər

Gündə neçə stəkan çay içmək zərərsizdir - Həkim açıqladı

Gündə neçə stəkan çay içmək zərərsizdir - Həkim açıqladı

Çay ürək və damar sağlamlığı üçün faydalı ola bilər, lakin onun təhlükəsiz normasını aşmamaq vacibdir. BAKU.WS xəbər verir ki, bu barədə Gazeta.Ru-ya açıqlaması...

118 Digər 17:41 20 mart 2026

Son xəbərlər