DİQQƏT! Süni şirinləşdiricilər iştahı artırır

DİQQƏT! Süni şirinləşdiricilər iştahı artırır
Digər 8369

ABŞ-nin Cənubi Kaliforniya Universitetindən alimlər süni şirinləşdirici olan "sucralose" maddəsinin beyində aclıq və bədən çəkisini tənzimləyən hipotalamus bölgəsində aktivliyi artırdığını aşkar ediblər.

BAKU.WS xəbər verir ki, araşdırma çərçivəsində 75 iştirakçı üzərində təcrübə aparılıb. Onlara az kalorili süni şirinləşdiricili içkilər, şəkərli içkilər və sadə su verilib. Daha sonra isə onların beyin reaksiyaları MRT taramaları, qan nümunələri və aclıq anketləri ilə izlənilib. Nəticədə, "sucralose" qəbul edənlərin hipotalamus bölgəsində daha yüksək beyin aktivliyi müşahidə olunub.

Mütəxəssislər bildiriblər ki, bu maddə beynin hipotalamusla motivasiya və qərarvermə bölgələri arasındakı əlaqəni gücləndirir. Bu təsirin xüsusilə artıq çəkili insanlarda daha çox nəzərə çarpdığı qeyd olunub.

Araşdırmanın müəlliflərindən Dr. Kathleen Alanna Page-in sözlərinə görə, orqanizm şirin dad aldıqda, kalori gözləyir, lakin bu kalori daxil olmadıqda beyin daha çox şirin və qida tələb etməyə başlayır. Bu da qidalanma davranışlarını dəyişə bilər.

Eyni zamanda araşdırma göstərib ki, "sucralose" tərkibli içkilər, şəkərli içkilərlə müqayisədə, iştahı azaldan hormonların istehsalına səbəb olmur. Alimlər bu halın "sucralose" maddəsinin iştah üzərində şəkərlə eyni təsiri göstərmədiyini və xüsusilə piylənməyə meyilli şəxslərdə daha çox təsirə malik olduğunu bildirirlər.

Son xəbərlər