Çirkli hava bu insanlara daha çox TƏSİR EDİR

Ağciyər xərçəngi ən geniş yayılan onkoloji xəstəliklərdən biridir. 2022-ci ildə dünyada 2,5 milyon insana bu diaqnoz qoyulub.
BAKU.WS xəbər verir ki, bu barədə "Lancet Respiratory Medicine" jurnalında dərc olunan məqalədə qeyd edilir.
Yeni tədqiqatın müəlliflərinin sözlərinə görə, adenokarsinoma – ağciyər xərçənginin əsas alt növlərindən biri – 185 ölkədə xüsusilə qadınlar arasında geniş yayılıb. Bu tendensiyanın əsas səbəblərindən biri çirkli havadır. Dünyada siqaret çəkməyən insanlarda ağciyər xərçənginin 53-70%-i məhz adenokarsinoma ilə əlaqələndirilir.
Araşdırmalar 2020-2022-ci illər arasında adenokarsinomanın daha çox insanda rast gəlindiyini ortaya qoyub. Ən yüksək xəstəlik səviyyəsi qadınlarda müşahidə edilib – hər 10 xəstədən 6-sı qadındır.
Çirkli hava ilə bağlı adenokarsinomanın ən yüksək göstəriciləri Şərqi Asiyada, xüsusilə Çində qeydə alınıb.
Oxşar xəbərlər
Ən çox ağlayan körpələr bu aylarda doğulur
Araşdırmalar göstərir ki, körpələrin ağlama tezliyi doğulduqları ayla müəyyən qədər əlaqəlidir. Tədqiqatlara görə, oktyabr–dekabr aylarında doğulan uşaqlar daha...
