AZAL təyyarəsinin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra "Kover" əməliyyatı barədə məlumat verilib
Qəzaya uğramış "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra "Kover" əməliyyatı barədə məlumat verilib.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.
"05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer "Kover" əməliyyatı barədə Qroznıya məlumat verir. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır", – hesabatda bildirilib.
Oxşar xəbərlər
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsində 1467 namizəd uğur qazanıb. Bu barədə BAKU.WS-ə Məktəbə...