Allahşükür Paşazadə həcc ziyarətində olan zəvvarların səhhətindən DANIŞDI

Allahşükür Paşazadə həcc ziyarətində olan zəvvarların səhhətindən DANIŞDI
Digər 29

"Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar, hacı adını qazanıblar".

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, zəvvarlar çox rahatdırlar:

"Bütün ziyarətlərini uğurla davam etdirirlər. Həmişə zəvvarlarımız arasında müəyyən çətinliklər və ya səhhət problemləri olurdu. Bu dəfə isə ciddi narahatlıq yaşanmadı, yalnız xırda sağlamlıq problemləri oldu. Şükürlər olsun ki, hamısı sağ-salamatdırlar, Mina, Ərafat və digər müqəddəs məkanlarda olublar, ziyarətlərini davam etdirirlər. Təbii ki, buna çox sevinirik".

Şeyxülislam deyib ki, orada ulu öndərin və şəhidlərin ruhuna hər il ehsan verilir:

"Bu il də həmin ehsan məclisləri təşkil olunacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər