SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatının baş tədqiqatçısı Sumya Svaminatan jurnalistlər üçün brifinqdə bildirib ki, “İnsanları kütləvi şəkildə yeni növ koronavirus infeksiyasından qorumaq məqsədilə immunitetin formalaşması üçün planetin 65-70 faiz əhalisi peyvənd olunmalıdır”.

O, hesab edir ki, virusdan qorunmanın ən yaxşı yolu peyvənddir.

ÜST mütəxəssisi Maria van Kerkxove isə diqqətə çatdırıb ki, kütləvi immuniteti inkişaf etdirmək cəhdləri təhlükəlidir və çoxlu sayda qurbanlar olacaq.

Kerkxove də peyvəndləmənin əhalini qorumaq üçün ən təsirli üsul olduğunu vurğulayıb.

O, əlavə edib ki, dünyada təhlükəsiz və effektiv peyvəndin hazırlanması üçün aktiv işlər görülür.

BAKU.WS
VİDEO