SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 mutasiyasını müəyyən etmək üçün xüsusi işçi qrupu yaradıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə ÜST-ün təcili xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Maria Van Kerkxove cümə günü keçirilən brifinqdə deyib.

Qrupun rəhbəri bildirib ki, mutasiyanın müəyyən edilməsi üçün yaradılan xüsusi işçi qrupu hazırda sözügedən prosesin necə baş verməsini, onunla davranmanın optimal yollarını araşdırır.

Maria Van Kerkxove əlavə edib ki, COVID-19-un mutasiya dövründə hansı təsirə malik olmasını müəyyənləşdirmək məqsədilə daha çox araşdırma tələb olunur.

Qeyd edək ki, ÜST-ün son məlumatına görə, dünyada 22,2 milyondan çox koronavirusa yoluxma hadisəsi aşkar edilib, 782 mindən çox insan ölüb.

BAKU.WS